Türkdilli dövlətlər gömrük sazişi imzalayacaq

"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik"

Bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.

Bundan başqa, qonağın sözlərinə görə, türkdilli ölkələr arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib.