Ötən il 118,4 min şəxs işlə təmin edilib

Ötən il məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib: "Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib".