- İşin içi
- 15 May 16:54
- 1 336
Azərbaycanda sürtkü materialları ilə bağlı texniki reqlament layihəsi hazırlanıb

“Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament” layihəsi ictimai müzakirəyə təqdim olunub.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, layihə sürtkü materiallarının, texniki yağların və xüsusi mayelərin təhlükəsizliyi, tərkibi və istifadəsinə dair minimum tələbləri müəyyənləşdirir. Məqsəd məhsulların insan sağlamlığına, ətraf mühitə və texniki avadanlıqlara təsirini tənzimləməkdir.
İctimai müzakirə başa çatdıqdan sonra reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.