- İşin içi
- 16 İyul 15:20
- 1 163
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Atasığorta” və “A-Qroup Sığorta" ASC-lərə icrası məcburi sərəncam verib.
AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
AzNews.az