- İşin içi
- 31 İyul 16:48
- 1 418
Azərbaycan çiyələk ixracını iyunda 51 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin 6 ayı ilə müqayisədə 4,5 milyon ABŞ dolları və yaxud 20 % çoxdur.
Təkcə iyunda isə Azərbaycan xaricə 14,5 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,9 ABŞ dolları və yaxud 51 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Aznews.az