- İşin içi
- 16:00
- 1 285
Azərbaycanda günəş enerjisinin istehsalı 12 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 484,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Aznews.az xəbər verir ki , bu, ötən ilin 9 ayının göstəriciləri ilə müqayisədə 12 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 20 milyard 502,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur. Bunun 19 milyard 817,2 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir.
Bunun 2 milyard 382,6 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 1,5 % artıb), 16 milyard 919,5 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (-0,4 %), 159 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-1,3 %) istehsalının payına düşür.
Hesabat dövründə küləklə işləyən elektrik stansiyalarında 31 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin 9 ayının göstəriciləri ilə müqayisədə 26,4 % azdır.