- İşin içi
- 15:05
- 1 701
Hesablama Palatası və Dövlət Vergi Xidməti Anlaşma Memorandumu imzalayıblar
Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Aznews.az xəbər verir ki, sənəd dövlət maliyyə nəzarəti, vergi və mühasibat uçotu, institusional idarəetmə sahələrində qarşılıqlı fəaliyyətin yeni mərhələsini müəyyən edir.
Memoranduma Palatanın sədri Vüqar Gülməmmədov və Xidmətin rəisi Orxan Nəzərli imza atıblar.
V.Gülməmmədov imzalanmış sənədin dövlət vəsaitlərinin istifadəsinə nəzarət və risk əsaslı audit praktikasının inkişaf etdirilməsində əhəmiyyətini qeyd edib. O.Nəzərli isə əməkdaşlığın vergi inzibatçılığı və maliyyə nəzarətində şəffaflığın gücləndirilməsinə verəcəyi töhfəni vurğulayıb.
Bildirilib ki, Memorandum tərəflər arasında məlumat mübadiləsinin optimallaşdırılmasını, birgə analitik araşdırmaların aparılmasını, risklərin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini və dövlət vəsaitlərindən istifadə üzərində nəzarət mexanizmlərinin gücləndirilməsini təmin edir.
Əməkdaşlıq şəffaflıq və hesabatlılığın gücləndirilməsi, müasir rəqəmsal həllərin paylaşılması və institusional potensialın inkişaf etdirilməsi sahələrində qarşılıqlı fəaliyyət imkanlarını genişləndirir.