- İşin içi
- 11:52
- 1 033
Azərbaycan İtaliyaya neft ixracını 30 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 12 milyon 077 min 423,62 ton xam neft ixrac edilib.
Aznews.az xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 6 milyard 231 milyon 517,13 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 29,8 %, dəyəri isə 7 % artıb.
İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 58,2 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.