Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında CIF bazlı Azərbaycanın Azeri Light markalı xam neftinin qiyməti əvvəlki rəqəmlə müqayisədə 0,07 dollar və ya 0,1% artaraq 68,00 dollar/barel təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB əsasında Azeri Light markalı xam neftin bir barelinin qiyməti əvvəlki rəqəmlə müqayisədə 0,1 dollar və ya 0,2% artaraq 65,82 dollar təşkil edib.

URALS xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 0,50 dollar və ya 0,9% azalaraq bir barel üçün 51,65 dollara çatıb.

Şimal dənizində hasil edilən Dated Brent xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 0,10 dollar və ya 0,2% azalaraq bir barel üçün 63,55 dollara çatıb.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 70 ABŞ dolları proqnozlaşdırılır.

Aznews.az