- Siyasi müzakirə
- 10:55
- 1 767
Deputat: Azərbaycanda qadınların kiçik və orta sahibkarlıqda payı aşağıdır
Azərbaycanda qadınların kiçik və orta sahibkarlıqda payı kifayət qədər aşağıdır.
Aznews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan HR İnsitutunun və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Women's Entrepreneurship Summit 2025" tədbirində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda sahibkarların 33 %-i qadındır:
"Kiçik sahibkarlıqda qadınların payı təxminən 20, orta sahibkarlıqda isə 10 %-ə yaxındır. Yeni yaradılan sahibkarlıq subyektləri arasında isə qadın iş adamları demək olar yoxdur. Bu fakt onu göstərir ki, qadın sahibkarların daha fəal şəkildə, xüsusilə də orta və yeni sahibkarlıq sahəsində fəaliyyət göstərməsi çox vacibdir".
Aznews.az