- İşin içi
- 11:59
- 1 423
Maliyyə naziri: "Gələn il icmal büdcədə səhiyyə xərcləri 3,7 milyard manat olacaq"
2026-cı ildə Azərbaycanın icmal büdcəsindən səhiyyə xərclərinə 3,7 milyard manat vəsait ayrılacaq.
Aznews.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
"2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 % çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 %-ni təşkil edir. Bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və yaxud 6,4 % çoxdur", - deyə o qeyd edib.
Aznews.az