- İşin içi
- 14:19
- 1 739
ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı kompleks nəzarət tədbirləri görülür
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.
AzNews.az xəbər verir ki, Bu barədə ADY-dən bildirilib.
Qurumun məlumatına görə, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.
"Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.