Bu gün Azərbaycandan tranzit keçməklə 560 ton taxıl yüklü vaqon Ermənistana göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.

AzNews.az xəbər verir ki, Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.