- İşin içi
- 17:56
- 1 496
Azərbaycan daha bir ölkədən ananas tədarük etməyə başlayıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 2 min 210 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 0,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çox) 1 min 867 ton (-13 %), Tailanddan 762 min ABŞ dolları dəyərində (+5 dəfə) 187 ton (+4 dəfə), Çindən 144,55 min ABŞ dolları dəyərində (+8 dəfə) 109,3 ton (+27 dəfə), Panamadan 27,6 min ABŞ dolları dəyərində 23 ton (1 il əvvəl tədarük olmayıb), Belçikadan 24,5 min ABŞ dolları dəyərində 20,4 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük (0,4 min ABŞ dolları dəyərində 0,01 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 2 min 892 ton ananasın 98,2 %-i Kosta-Rikanın payına düşüb.