- İşin içi
- 12:06
- 1 619
ANAMA auditor seçir
Minatəmizləmə Agentliyi (ANAMA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Aznews.az xəbər verir ki, tenderdə iştirak haqqı 97 manatdır.
İddiaçılar təkliflərini martin 2-nə qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martın 2-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 14 160 manat ödənilib.
Aznews.az