- İşin içi
- 17:40
- 863
Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar ayında Azərbaycan 3 milyon 782 min ABŞ dolları dəyərində 5 min 878 ton şəkər ixrac edib.
Aznews.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2 milyon 377 min ABŞ dolları (2,7 dəfə çox), həcm baxımından isə, 3 min 754 ton (2,8 dəfə çox) çoxdur.
Hesabat dövründə şəkər ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.