- İşin içi
- 19:10
- 1 082
"Memar Əcəmi" metrostansiyasının 4-cü çıxışı açılıb
"Bakı Metropliteni" QSC Yaşıl xəttinin "Memar Əcəmi" stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işlərini başa çatdırıb.
Aznews.az xəbər verir ki, Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, müvəqqəti olaraq bağlanan 4-cü çıxış təkrar sərnişinlərin istifadəsinə verilib. Görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib, sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.
Təmir işlərinə bu il yanvarın 6-da başlanılmışdı.