- İşin içi
- 19:11
- 936
Azərbaycanda qapalı üsulla yerləşdirilən istiqrazlar təminat kimi qəbul edilməyəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) qapalı üsulla yerləşdirilən istiqrazları pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların siyahısından çıxarıb.
Aznews.az xəbər verir ki, bu barədə qurumun illik "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bununla bağlı AMB-nin İdarə Heyəti ötən ilin sonunda qərar qəbul edib. Bu qərar AMB-nin əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızlar üçün aşağı risk ilə yanaşı yüksək likvidliyin zəruri olması, habelə qapalı yerləşdirmə üsulu ilə yerləşdirilmiş istiqrazların təkrar bazarda aktiv olmaması nəzərə alınmaqla qəbul olunub.