Bolt Azərbaycanın rəhbərliyində nə baş verir?

“Bolt Azərbaycan”ın yerli rəhbərliyi işdən azad edilib.

Bu barədə söylənənləri xəbərə çevirən Vətəninfo.az saytı bildirir ki, şirkətin əsas sahibi olan Estoniyalı investorların Azərbaycana göndərdikləri yoxlama zamanı müəyyən olunub ki, Bolt-un yerli taksi xidməti rəhbərliyində ciddi maliyyə pozuntuları baş verib. Taksi xidmətləri üzrə Baş Menecer Naim Əzizov və Əməliyyatlar Meneceri Ramil Məhərrəmov sürücülərə və sahibkarlara ödənilən bonus və balans ödənişlərin mənimsənildiyi iddia olunur.

Şirkətin estoniyalı rəhbərliyi artıq Azərbaycanda fəaliyyət göstərən bütün sürücülərə və sahibkarlara xəbərdarlıq edib ki, adıçəkilən şəxslərlə əlaqə kəsilsin və onlar ilə əməkdaşlıq dayandırılsın.

Hazırda Bolt Azərbaycan yerli rəhbərlikdəki boşluğu doldurmaq və fəaliyyətləri normallaşdırmaq istiqamətində addımlar atır.

Bolt Azərbaycan bu iddialara hələlik cavab verməyib.

AzNews.az