"Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib. "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

“S&P“ Azərbaycanın reytinqini endirdi

"Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "stabil"dir.

Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib.

Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

"Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır", - deyə analitiklər xatırladır.

Xatırladaq ki, ötən gün maliyyə naziri Samir Şərifov qeyd edib ki, "S&P" tərəfindən ölkəmizə verilən reytinqin aşağı salınması gözləniləndir.