Neft Fondunun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib Neft Fondunun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib

Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var - Neft Fondu

Neft Fondunun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında görüş keçirilib


Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Fonddan AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə xarici və daxili mediada gedən məlumata aydınlıq gətirilib, Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.

Azərbaycanın kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makro-iqtisadi vəziyyətinin sabit və dayanıqlı olduğu vurğulanıb.

Eyni zamanda görüşdə tərəflər arasında Azərbaycan prezidenti tərəfindən irəli sürülmüş iqtisadi strategiya çərçivəsində Azərbaycanın yeni iqtisadi inkişaf modelinə keçidi və bu sahədə Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.