“Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib. “Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.

“Azərenerji”nin reytinqi aşağı düşdü

“Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.



"APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.

Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji" ASC-yə verilən reytinqi "CreditWatch" siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.