Beynəlxalq analitiklər neftin qiymətinin bu ilin sonuna kimi 50 faiz bahalaşa biləcəyi qənaətindədirlər. Beynəlxalq analitiklər neftin qiymətinin bu ilin sonuna kimi 50 faiz bahalaşa biləcəyi qənaətindədirlər.

Neft ilin sonuna kimi bahalaşacaq - 50 faiz

Beynəlxalq analitiklər neftin qiymətinin bu ilin sonuna kimi 50 faiz bahalaşa biləcəyi qənaətindədirlər.


"Bloomberg" agentliyinin sorğusunda iştirak edən 17 analitikin fikrincə "Layt" markalı neftin qiyməti bu ilin dördüncü rübündə 46 dollar/barrelədək arta bilər. "Brent" markalı neftin bir barreli isə həmin dövrdə 48 dollara satılacaq.

Qeyd edək ki, hazırda Londonun İCE birjasında "Brent"in bir barreli 32,76 dollara, "Layt" isə Nyu-Yorkun NYMEX birjasında 30,01 dollara satılır.

Azərtac