Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.

Siqaret ucuzlaşdı

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.


"Japan Tobacco International" şirkətindən verilən məlumata görə, bu gündən "Whinston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.

Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

Şirkət rəsmisi bildirib ki, "Whinston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.

"Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq", - deyə şirkət rəsmisi qeyd edib.

APA.az