Kənd təsərüfatı naziri Heydər Əsədov Rusiyaya bəzi Azərbaycan mallarının Türkiyə məhsulu adı altında buraxılmaması məsələsinə münasibət bildirib. Kənd təsərüfatı naziri Heydər Əsədov Rusiyaya bəzi Azərbaycan mallarının Türkiyə məhsulu adı altında buraxılmaması məsələsinə münasibət bildirib.

“Ruslar inanmırsa, gəlib öz gözləri ilə görsün“ - Nazir

Kənd təsərüfatı naziri Heydər Əsədov Rusiyaya bəzi Azərbaycan mallarının Türkiyə məhsulu adı altında buraxılmaması məsələsinə münasibət bildirib.


AzNews.az-ın ans-ə istinadən məlumatına görə, nazir onu da əlavə edib ki, əgər Rusiya tərəfi buna inanmırsa, o zaman öz rəsmi nümayəndə heyətini göndərib müşahidələr apara bilər.

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən artım sürəti davam edən istixanaların inkişafı həyata keçirilib. Devalvasiya prosesindən sonra Rusiya bazarında Azərbaycan üçün münbit şərait yaranıb.

Bu cür amillər Azərbaycandan Rusiyaya ixracatın artmasına səbəb olub. Növbəti aylarda da dəfələrlə artım gözlənilir. Biz bu haqda Rusiya tərəfinə məlumat vermişik. Əgər bu şübhə aradan qalxmasa, biz rusiyalı tərəfdaşlarımızı Azərbaycana dəvət edirik. Onlar gəlib bizim istixanalarda, pomidor yetişmə məntəqələrində olub öz gözləri ilə görsünlər", - deyə nazir bildirib.