Biznes və İnsan Haqları Resurs Mərkəzi SOCAR-a müraciət edərək Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı hesabatına Şirkətin münasibət bildirməsini xahiş edib. Biznes və İnsan Haqları Resurs Mərkəzi SOCAR-a müraciət edərək Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı hesabatına Şirkətin münasibət bildirməsini xahiş edib.

“Bunu gizlətmək mümkün olmazdı” - SOCAR cavab verdi

Biznes və İnsan Haqları Resurs Mərkəzi SOCAR-a müraciət edərək Azərbaycanda fəaliyyət göstərən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı hesabatına Şirkətin münasibət bildirməsini xahiş edib.


AzNews.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkətinin cavabında qeyd olunur ki, "Günəşli" yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə (DDÖ) əmək və istehsalat intizamının, təhlükəsizlik qaydalarının pozulması halları qeydə alınmayıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və "Üzən qazma qurğuları və stasionar dəniz platformalarının tikinti və klassifikasiya qaydaları"na (2012) uyğun olaraq, kəskin hava şəraitində platformada açıq havada aparılan işlər dayandırılıb. Lakin həmin qaydalara görə, Xəzər dənizində küləyin sürəti 45 m/san, dalğanın hündürlüyü 13 metrə qədər olan hallarda işçilərin təxliyəsi nəzərdə tutulmur. 04.12.2015-ci il saat 17:40 radələrində küləyin sürəti 40 m/san, dalğanın hündürlüyü isə 8-10 metr olan ekstremal hava şəraitində işçi təzyiqi 110 atmosfer olan qazlift xəttinin dik borusunun partlaması nəticəsində partlayış və yanğın hadisəsi baş verib.

Bildirilir ki, hadisə baş verən zaman özüldə 63 nəfər xidmət personalından 62 nəfəri yaşayış blokunda, 1 nəfər operator Bəxtiyar Ələkbərov isə quyulara baxış keçirtmək üçün ərazidə olub. Odur ki, qəflətən ani sürətlə platformanın üzərini bürüyən alov quyular tərəfdən gələn B.Ələkbərovu tutub. Beləliklə, yalnız B.Ələkbərovun alov nəticəsində yanıq xəsarəti alması bir daha təsdiq edir ki, açıq havada iş görən başqa işçi olmayıb.

SOCAR-ın cavabında vurğulanır ki, "28 May" NQÇİ 10 saylı dərin dəniz özülünün sahələrinin heç birində qaz sızma hadisəsi qeydə alınmayıb: "DDÖ-ləri əlaqələndirən və təyinatından asılı olmayaraq bütün neft və qaz xətləri qüvvədə olan qaydaların tələblərinə uyğun olaraq işçi təzyiqə sınanır, sınandıqdan sonra istismara buraxılır və dövri olaraq yoxlanılır. Bundan əlavə, bütün neft-qaz xətlərinə mütəxəssislər tərəfindən daim ciddi nəzarət olunur, hər hansı çatışmazlıq aşkar olunarsa dərhal müvafiq tədbirlər görülür. Eləcə də, özüldə qüsurların qeydiyyatı və aradan qaldırılmasının uçotu aparılan xüsusi jurnal var. Hüquq-mühafizə orqanları dərhal bütün 6 qeydiyyat jurnalını hadisə yerindən götürüblər. Əgər elə bir hal olsaydı bunu gizlətmək mümkün olmazdı. Əlavə olaraq bildiririk ki, bu hadisənin güclü qasırğa nəticəsində baş verməsi danılmaz bir faktdır".

Qeyd olunur ki, həlak olan və itkin düşən neftçilərin həyatı sığortalandığından, onların ailələrinə sığorta təşkilatları ödəmələr həyata keçirir. Bundan əlavə, ailələrə həm dövlət, həm də SOCAR tərəfindən operativ olaraq maddi yardımlar göstərilib.

O da bildirilir ki, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə qəza ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən araşdırmalar və qiymətləndirmə işləri aparılır. DDÖ-nün bərpası üçün görüləcək işlərə ayrılacaq büdcənin həcmi SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihə smeta sənədləri tərtib olunduqdan sonra müəyyən olunacaq.