OPEK-ə üzv ölkələrin və digər neft istehsal edən dövlətlərin liderlərinin görüşəcəyi tarix məlum olub. OPEK-ə üzv ölkələrin və digər neft istehsal edən dövlətlərin liderlərinin görüşəcəyi tarix məlum olub.

Neft diplomatlarının görüş vaxtı bilindi - Yekun qərar veriləcəkmi?

OPEK-ə üzv ölkələrin və digər neft istehsal edən dövlətlərin liderlərinin görüşəcəyi tarix məlum olub.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh as-Sad məlumat verib. Onun sözlərinə görə, görüş aprelin 17-də Qətərdə keçiriləcək.

Qeyd edək ki, Blumberg agentliyi neft istehsal edən ölkələrin görüşünün apreldə keçiriləcəyini xəbər vermişdi. Agentliyin məlumatına görə, görüş Rusiya və ya Dohada keçirilməli, Qətər və Rusiya görüşdə koordinasiyaya görə cavabdeh olmalı idi.

Xatırladaq ki, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela fevralın 16-da Dohada keçirilən görüşdə neftin dünya qiymətlərinə dəstək olmaq məqsədilə neft hasilatını 2016-cı ilin yanvar ayına olan səviyyədə dondurmaq barədə razılığa gəliblər. Lakin bu qərar yalnızca digər dövlətlərin də belə bir təşəbbüsə qoşulacağı təqdirdə qüvvəyə minəcək. Ölkələr arasında müvafiq qərara qoşulmaq istəyini Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirliyi ifadə edib. İran və İraq isə neft hasilatını dondurmağı vəd etməkdən yayınaraq, sadəcə neft bazarında vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlara dəstək verməkdən danışıb.

Aydan AXUNDOVA