“Dövlət Neft Fondu bu gün cəmi 2.4 milyon dollar satıb. Hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır”. “Dövlət Neft Fondu bu gün cəmi 2.4 milyon dollar satıb. Hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır”.

Banklar niyə dollar almır? - Ekspert şərhi

“Dövlət Neft Fondu bu gün cəmi 2.4 milyon dollar satıb. Hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır”.



AzNews.az xəbər verir ki, bu sözləri istisadçı-ekspert Vüqar Bayramov deyib. Onun fikrincə, aprelin əvvəllərində dollara tələbin yüksəlməsinə baxmayaraq yenidən bankların xarici valyuta alışı aşağı düşüb: "Dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanaşı, həmçinin məşhur Fitç agentliyinin manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı ilə bağlı açıqlaması ilə əlaqədardır. Bundan sonra, bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər. Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilməkdədir. Belə görsənir ki, banklarımız Londonda yerləşən Fitç şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar. Dollara tələbə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir".

Ekspert hesab edir ki, Mərkəzi Bank manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görsənir: "Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək. Bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görsənmir".

Bahar RÜSTƏMLİ
AzNews.az