Siyasi partiyalar maliyyə hesabatlarını KİV-də dərc edəcək

Azərbaycanda "Mühasibat uçotu" haqqında qanuna edilən dəyişikliklər edilir. APA-nın məlumatına görə, bundan sonra siyasi partiyalar maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyasi partiyalarda sadələşdirilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidirlər.

Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidirlər. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

AzNews.az