“2013-ci ildə həkimlərin, müəllimlərin və digər elm adamlarının əmək haqları artırılacaq” “2013-ci ildə həkimlərin, müəllimlərin və digər elm adamlarının əmək haqları artırılacaq”

Nazir Zeynəb Xanlarovanın sualına cavab verdi

“2013-ci ildə həkimlərin, müəllimlərin və digər elm adamlarının əmək haqları artırılacaq”



"İki gündür ki, büdcə layihəsi müzakirə olunur. Burada bir neçə millət vəkili irad və təkliflərini veriblər". AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, ölkənin bütün rayonlarında abadlıq işləri aparılıb, qaz, enerji sahəsində bir sıra irəliləyişlər olub. Onun sözlərinə görə, büdcəyə gömrük daxilolmalarında da böyük risklər olmur.

Nazir Zeynəb Xanlarovanın "2013-cü il dövlət büdcəsinin həkimlərə, müəllimlərə və elm adamlarının əmək haqlarının artımına təsir edəcəkmi" sualına cavab verib: " Bəli, 2013-cü ildə dövlət büdcəsinin artımı həmin peşə sahiblərinə aid ediləcək.

Nəzərinizə çatdırım ki, 2004-cü ildən başlayaraq əmək haqları 11 dəfə artırılıb. 2013-cü ildə də əmək haqları artırılacaq. Təhsil sahəsində böyük işlər həyata keçirilir. Təkcə paytaxtda 2012-ci ildən başlayaraq 254 məktəbdə bu işlər aparılır. Rayonlarda da bu işlər geniş vüsət alıb. Hesab edirəm, büdcədən maliyyələşən təşkilatların rifahı yaxşılaşacaq".

İlkin Pirəli
AzNews.az