Böyük Britaniyanın Avropa İttifaqından çıxması ABŞ iqtisadiyyatına ciddi zərər vurmayacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ABŞ iqtisadiyyatına ciddi zərər vurmayacaq.

“İlin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq”

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ABŞ iqtisadiyyatına ciddi zərər vurmayacaq.


Bunu Filadelfiyanın Federal Ehtiyat Bankının (Federal Ehtiyatlar Sisteminin (FED) tabeliyində fəaliyyət göstərir) prezidenti Patrik Harker deyib.

Bununla yanaşı, o qeyd edib ki, ilin sonunadək FED uçot dərəcəsini iki dəfə qaldıra bilər: "Hesab edirəm ki, inflyasiya hədəflənən səviyyəyə gələn il qayıdacaq. Mənim gözləntilərimə görə, ilin sonunadək uçot dərəcəsi iki dəfə artırılacaq".

Britaniyada keçirilən referendumun birjalarda qeyri-müəyyənlik yaratdığını etiraf edən P. Harker qeyd edib ki, ABŞ üçün "Brexit"in təsiri o qədər də ciddi deyil.

Onu da qeyd edək ki, P. Harker FED-in pul-kredit siyasəti ilə bağlı səsverməsində iştirak etmək hüququna malik deyil.

APA.az