Azərbaycanla Latviya arasında 30 sənəd imzalanıb

Son 9 ayda Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmində azalma müşahidə olunub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı iki ölkə arasında keçirilən biznes forumunda iqtisadi inkişaf naziri Şahin Mustafayev verib. Nazirin sözlərinə görə, 2010-cu ilə nisbətən ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artsa da, son 9 ayın göstəriciləri azalmanı müşahidə etməyə imkan etməyə verir: "İki ölkə arasında müxtəlif sahələrdə 30 sənəd imzalanıb. Biz ticarət dövriyyəsini artırmaq üçün bütün mövcud imkanlardan istifadə edəcəyik".

Elnarə
AzNews.az