Şirkət qeyri-dürüstlükdə günahlandırılır Şirkət qeyri-dürüstlükdə günahlandırılır

BP-yə şok qadağa

Şirkət qeyri-dürüstlükdə günahlandırılır



ABŞ Böyük Britaniyanın BP şirkətinə qadağa qoyub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, BP ABŞ hökuməti ilə yeni iş müqavilələri imzalaya bilməyəcək.

Başqa sözlə, şirkətin ABŞ hökuməti ilə əməkdaşlığı müvəqqəti dayandırılıb. ABŞ Ətraf Mühiti Qoruma İdarəsi bu qərarın BP-nin ticari dürüstlük məsələsindəki "çatışmazlıq" səbəbindən belə qərar qəbul olunduğunu açıqlayıb. BP 2 il əvvəl Meksika körfəzində şirkətə məxsus neft platformasında baş verən partlayış və körfəzə neft sızması zamanı məsuliyyətsizlikdə günahlandırılır.

ABŞ hökumətinin BP ilə əməkdaşlığına qoyulmuş qadağanın müddəti məlum deyil. Bu qərarın ABŞ Ədliyyə Nazirliyinin keçən həftə Meksika körfəzindəki olayla bağlı şirkətə rekord həcmdə – 4 milyard dollar cərimə kəsməsindən sonra verilməsi də diqqət çəkir.

Xatırladaq ki, Meksika körfəzindəki neft platformasında baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 87 gün ərzində körfəzə 757 milyon litr xam neft axıb. Sahildə yerləşən bir çox şəhərlər ekoloji fəlakətlə üzləşib.

AzNews.az