Məqsəd gediş-gəlişin sadələşdirilməsidir Məqsəd gediş-gəlişin sadələşdirilməsidir

Azərbaycanla İranın “ortaq darvaza” layihəsi

Məqsəd gediş-gəlişin sadələşdirilməsidir





İran İslam Respublikasının Gömrük Təşkilatı Azərbaycanla gediş-gəlişin sadələşdirilməsi məqsədilə ortaq sərhəd darvazasının yaradılacağını bildirib. İran mətbuatının məlumatına görə, belə bir açıqlama ilə təşkilatın sədr müavini Məhəmmədrza Nadiri çıxış edib.

Mətbuat yazır ki, M.Nadiri İranın Astara şəhərində Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevlə görüşdə bu fikri səsləndirib: "İki ölkə arasında ildə 500 milyon dollarlıq əmtəə və bir milyon nəfər səfər edənin olduğunu nəzərə alsaq, müştərək sərhəd darvazasının açılmasının bu sahədə artıma səbəb olacağını söyləmək olar. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev də müzakirə olunan məsələlər əsasında gömrük əməkdaşlığının genişləndirilməsinə hazır olduqlarını bəyan edib".

Alpər
AzNews.az