Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq. Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq.

Qobustanda 1000 hektarlıq aqropark yaradılır

Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, aqroparkda əsasən taxıl və yem bitkiləri əkiləcək. Burada, habelə 100 hektarda üzüm bağı da salınacaq. Həmçinin 100 başlıq cins heyvandarlıq kompleksinin, mini süd emalı zavodunun inşası da nəzərdə tutulur.

Qeyd edək ki, aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılıb. Layihəyə əsasən, Qozluçaydan 14 kilometr məsafədən su xətti çəkiləcək və su ərazidə tikiləcək dəryaçaya axıdılacaq. Buradan isə nasoslarla sahələrə vurulacaq.