Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

Neft 2%-dək ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,89 dollar və ya 1,89% azalaraq 46,18 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar və ya 1,59% azalaraq 48,82 dollar olub.

Neft bazarında bu günədək müşahidə olunan ən uzunmüddətli - səkkiz günlük bahalaşmadan sonra ötən gündən başlayaraq neftin qiyməti aşağı düşməyə başlayıb. Bu bahalaşma neft bazarında son 5 ilin ən uzunmüddətli qiymət artımı hesab olunur. Analitiklər hesab edir ki, ABŞ-da Müstəqillik günü ilə əlaqədar iyulun 4-ü qeyri-iş günü olmasaydı, neft qiymətlərində artım davam edə bilərdi. Treyderlərin bayram günü ilə əlaqədar nefti satışa çıxararaq mənfəət əldə etmək qərarı ucuzlaşmaya səbəb olub.

Xatırladaq ki, bir həftədən çox müddətdə neftin bahalaşmasına səbəb hasilatın azalması və ABŞ şirkətlərinin tropik qasırğalar səbəbindən qazma əməliyyatlarını müvəqqəti olaraq dayandırmaları səbəb olub.

AzNews.az