Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb. Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb.

Ləğv olunmuş bankın balansındakı ev hərraca çıxarıldı - 2,4 mln. manata

Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb.

AzNews.az Əmanətlərinin Sığortalanması Fonduna istinadən xəbər verir ki, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Ləğv prosesində olan “Royal Bank” ASC-nin reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları da hərraca çıxarılıb.

İlkin satış qiyməti 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manatdır.