Afinada taksi sürücüləri müddətsiz tətilə başlayıb

Afina və ətrafındakı Attiki bölgəsində taksi sürücüləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq müddətsiz tətil elan ediblər. Tətil Attiki Taksicilər Həmkarlar İttifaqı (SATA)nın çağırışı ilə səhər saat 06:00-da başlayıb.

Həmkarlar ittifaqının açıqlamasında bildirilib ki, qərarın əsas səbəbi sektorla bağlı bir sıra problemlərin həll olunmamasıdır. Taksicilər elektrikli avtomobillərə keçidlə bağlı mərhələli planın hazırlanmasını, sürücülü avtomobil icarəsi sistemi üçün hüquqi çərçivənin dəqiqləşdirilməsini, taksilərə avtobus zolaqlarından istifadə imkanının verilməsini və yüksək vergi yükünün azaldılmasını tələb edirlər.

SATA hökuməti bu tələblərə diqqət yetirməyə və sektordakı qeyri-müəyyənliyi aradan qaldırmağa çağırıb.

Müddətsiz elan olunan tətilin Afinada nəqliyyata mənfi təsir göstərə biləcəyi bildirilir. Şəhər sakinləri və turistlərə ictimai nəqliyyatda mümkün gecikmələrə hazır olmaları tövsiyə olunub.

Mövsüm,

AzNews.az