“2017-ci ilin əsas hədəfi inkişafdır”. “2017-ci ilin əsas hədəfi inkişafdır”.

"Qiymətlərə nəzarət etmək çətin olsa da, dövlət bu məsələnin öhdəsindən gəldi" - Rüfət Quliyev

“2017-ci ilin əsas hədəfi inkişafdır”.

Bunu AzNews.az-a açıqlamasında deputat Rüfət Quliyev prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, prezident ilin yekunlarına həsr olunan iclasda çıxış edərkən sosial-iqtisadi nəticələrdən razı qaldığını deyib:

“Prezident bildirib ki, maliyyə sistemi Azərbaycanda stabilləşib. 2017-ci il iqtisadi inkişaf və makro-iqtisadi göstəricilərin artması ilidir. İclasda, həmçinin, iqtisadiyyatın əsas sütunu olan məsələlərə toxunub. Onlar hansılardır? Birincisi makro-iqtisadi sabitlik və inkişaf...Bu vacib bir faktır. Ona görə ki, investisiya artan bir ölkədə bunun effekti ən azı bir ildən daha aydın görünür”.

Millət vəkili qeyd edib ki, yeni müəssisələrin artması ilk növbədə iqtisadiyyata ikitərəfli xeyir verir:

“Bir tərəfdən işsizliyin qarşısı alınır, digər tərəfdən isə büdcə ödəmələrinin atmasına imkan yaradır. Prezident bildirib ki, rayonlara investisiya yatırmaq lazımdır. Bunu üçün isə rayon icra aparatlarının rəhbərləri həmin şəxslərə şərait yaratmalıdır. Bu da üçüncü bir amildir. Bunun məqsədi isə bölgələrin iqtisadi göstəricilərini artıra bilməkdir”.

Rüfət Quliyev hesab edir ki, müzakirə olunan əsas məsələlərdən biri də qiymətlərin tam nəzarət altında saxlanılmasıdır:

“Təbii ki, bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarət eləmək çətin olsa da, dövlət bu məsələnin öhdəsindən gələ bildi. Bu artıq bir sıra ölkələrdə tətbiq olunub və iqtisadiyyatın özü üçün də müsbət addımdır. Hansı bir ölkədə inflyasiya 5-6%-i keçirsə, orada müəyyən problemlər yarana bilər. Qeyri-neft sektorunun Azərbaycan üçün ən maraqlı qollarından biri turizmdir. Turizmin inkişafı Azərbaycanın iqtisadiyyatına töhfə verə bilər. Elə ölkələr var ki, turizmin faydası böyükdür. Azərbaycanda isə turizmin inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Ötən ilə nisbətən ölkəyə gələn turistlərin sayı artmaqdadır. Bu məsələdə isə Azərbaycanda keçirilən beynəlxalq yarışlar, tədbirlərin rolu böyükdür. Ölkəyə gələn turistlərdə Azərbaycan haqqında müsbət fikir yaradır, onlar düşünür ki, Azərbyacna sakit bir diyardır”.

Deputat onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatının ən mühim göstəricisi son bir neçə ayda manatın stabil qalmasıdır.

Bahar RÜSTƏMLİ

AzNews.az