Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb. Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb.

Ət də bahalaşdı

Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb.

AzNews.az xəbər verir ki, yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib.

Məlumatı dəqiqləşdirmək üçün Bərdə rayonunda yerləşən ət alış-satış məntəqələri ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, mal ətinin topdansatış qiyməti 9 manat 50 qəpikdir. Hazırda mal ətinin 1 kloqramının qiyməti 11, quzu ətinin 1 kloqramı isə 10-11 manat arasındadır.

Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının bahalaşmasıdır. Bu yemlərin qıtlığı olarsa, onda avqust-sentyabr aylarından etibarən ətin qiymətində yenidən artım müşahidə olunacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az