Dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) ərazisində cəmləşib. Dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) ərazisində cəmləşib.

Dünya neft ehtiyatlarının 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin ərazisindədir

Dünya neft ehtiyatlarının təxminən 3 faizi İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) ərazisində cəmləşib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Dmitri Marinçenko deyib. O bildirib ki, hazırda bu bölgədən gündəlik 600 min barrel neft hasil edilir. İKRR-nin təsdiq olunmuş neft ehtiyatları isə 50 milyard barrelə çatır. Bu da İraqın ümumi neft ehtiyatlarının təxminən üçdəbiri deməkdir.

Qeyd edək ki, bu regiondakı yataqlardan hasil edilən neft Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına nəql olunur və buradan da dünya bazarına ixrac edilir.