Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Bu gün Milli Məclis toplanır - Dövlət büdcəsini təsdiq etmək üçün

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

AzNews.az xəbər verir ki, bu gün iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunacaq. Daha sonra 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.

İclasda o cümlədən, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin 2018-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası, o cümlədən bir sıra qanunlara və məcəllələrə əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Milli Məclisin bu gün keçirilən iclasında 31 məsələ müzakirə ediləcək.