Bitkoinin qiyməti, kriptovalyuta bazarının tənzimlənmə xəbərləri ilə ucuzlaşaraq yenidən 10 000 dollardan aşağı enib. Bitkoinin qiyməti, kriptovalyuta bazarının tənzimlənmə xəbərləri ilə ucuzlaşaraq yenidən 10 000 dollardan aşağı enib.

Bitkoinin qiyməti 10 000 dollardan aşağı enib

Bitkoinin qiyməti, kriptovalyuta bazarının tənzimlənmə xəbərləri ilə ucuzlaşaraq yenidən 10 000 dollardan aşağı enib.

"Report" xəbər verir ki, bitkoinin bazar kapitallaşması 163 mlrd. dollara geriləyib, kapitallaşmanın məcmu bazarda xüsusi çəkisi isə 42% təşkil edib.

Bununla yanaşı, kriptovalyuta bazarının kapitallaşması 390 mlrd. dollara qədər geriləyib. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 830 mlrd. dollara yüksələrək tarixi rekorda çatıb. Daha sonra sərt şəkildə yüksələn qiymətlər enməyə başlayıb və fevralın 6-da bazarın kapitallaşması 279 mlrd. dollara geriləyib.

"Report"un analitik qrupu martın 19-20-də Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək G-20 zirvəsində kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı açıqlamalar ərəfəsində geriləməyə davam edəcək. Qiymətlərin daha 10% azaldıqdan sonra bərpa olunması, il ərzində isə bazar kapitallaşmasının 1 trln. dollar səviyyəsini ötməsi gözlənilir.