Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma

Aprelin 24-də Azərbaycanda qiymətli metallar ucuzlaşıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti aprelin 23-ü ilə müqayisədə 12,988 manat azalaraq 1 troy unsiyası üçün 2255,339 manat təşkil edib.

Platinin qiyməti 10,353 manat azalaraq 1566,397 manat, palladiumun qiyməti 79,8915 manat azalaraq 1677,4835 manat təşkil edib.