Neftin qiyməti aşağı düşür

Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.

AzNews.az xəbər verir ki, hazırda London Birjasında “Brent” markalı xam neftin iyul fyüçerslərinin qiyməti 1,29 dollar, yaxud 1,69% ucuzlaşaraq 75,15 dollar/barel olub.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı neftin iyul fyüçerslərinin qiyməti 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dolar/ barel təşkil edib.

Ekpsertlər neftin ucuzlaşmasını OPEC+ razılığının şərtlərini yumşaldılması ehtimalı və ABŞ-da aktiv neft quyularının sayının artması ilə əlaqələndirirlər.