"Cənub Qaz Dəhlizi" ilk növbədə Azərbaycanın dünyada nüfuzunun göstəricisidir. "Cənub Qaz Dəhlizi" ilk növbədə Azərbaycanın dünyada nüfuzunun göstəricisidir.

“Cənub Qaz Dəhlizi” Azərbaycanın dünyada nüfuzunun göstəricisidir”

"Cənub Qaz Dəhlizi" ilk növbədə Azərbaycanın dünyada nüfuzunun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu layihənin gerçəkləşməsi Prezident İlham Əliyevin diplomatiyasının, siyasi qətiyyətinin nəticəsində mümkün oldu:

“Ümumilikdə "Cənub Qaz Dəhlizi" layihəsinin rellaşması bir çox xüsusiyyəti ilə səciyyələnir. Birinci növbədə, bu layihə Azərbaycanın dünyada siyasi və iqtisadi nüfuzunun, ikinci növbədə isə Azərbaycanın regionda, ümumiyyətlə, dünyada apardığı sülhpərvər siyasətin, eləcə də qarşılıqlı əməkdaşlığın nəticəsidir. Digər ölkələrin də bu layihədə iştirak etməsi o deməkdir ki, Azərbaycan etibarlı tərəfdaşdır və öz üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir”.

Deputat vurğulayıb ki, bu layihə uzun illər ərzində Azərbaycana böyük gəlirlər gətirəcək: “Bu, Azərbaycanın dayanqlı inkişafını təmin edəcək, Azərbaycanın dünyada nüfuzunu daha da artıracaq, eyni zamanda, mədəni, ticari və digər sahələrdə əlaqələr daha da genişlənəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağı olmaqla yanaşı, Avropanın enerji təchizatında etibarlı bir tərəfdaşdır”.

AzNews.az