Azərbaycan neftinin qiymətində son vəziyyət

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, neftin qiyməti 0,65 dollar/barel azalıb.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,92 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.