“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib. “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşuldu

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

AzNews.az