DSMF ilk müşavirəni Qubada keçirdi - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığorta-pensiya sisteminin cari fəaliyyətinə dair məsələlərin müzakirəsi və gələcək fəaliyyət istiqamətləri üzrə yerli qurumların təlimatlandırılması, aidiyyəti izahat işlərinin aparılması üçün regional müşavirələrə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk müşavirə Quba rayonunda Fondun Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Fondun direktor müavini Səfər Mehdiyev sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına tam əməl olunmasının, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasının qarşıda duran əsas fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Müşavirədə həmçinin pensiya qanunvericiliyindəki yeni dəyişikliklərin tətbiqi sahəsində aparılan işlər nəzərdən keçirilib, yerli qurumların fəaliyyəti müzakirə olunub.

“2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib, izahatlar aparılıb.

AzNews.az

image description image description