- Köhnə - İqtisadiyyat
- 4 İyul 2018 00:00
- 7 918
İsti havalar kondisioner satışını artırdı - Video
Havaların anomal isti keçməsi kondisioner bazarında böyük canlanmaya səbəb olub.
AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, elektronika mağazasına gələnlərin böyük hissəsi məhz kondisoner qiymətləri ilə maraqlanırlar. Tələbin çoxluğu səbəbi ilə kondiosnerlərin ünvanlara çatdırılıb quraşdırılmasında da gecikmələr olur.
Yolun kənarına yığılmış çoxlu sayda kondisioner müştərilərə çatıdırlmaq üçün avtomobilə yüklənir. Mağazaların içində də əsasən kondisionerlərin satıldığı bölmədə çoxlu sayda müştəri var.
Havaların anomal isti keçməsi kondisoner bazarında böyük canlanmaya səbəb olub. Satıcıların sözlərinəbuna rəğmən qiymətdə artım olmayıb və əsasən nisbətə kiçik ölçülü kondisonerlərə tələbat daha çoxdur. Qiymətlər isə məhsulun istehsal oldunuğu ölkəsi və firmasına görə dəyişir. Yaponiya istehsalı olan kondisionerlər xüsusi ilə baha olur.
100 kvadrat və daha çox kondisionerlər isə minimal 1400 manatdan satılır.
Alıcılar isə əsasən kreditlə satılan kondisonerlərə üstünlük verirlər. Satıcılar bildirir ki, əsasəndə bina evlərində yaşayanlar daha çox müraciət edir.
Kondisonerlərin çatıdırılıb və quraşdırılması pulsuz olsada tələb çox olduğundan əksər dükanlarda bu xidmətdə yubanmalar var.
Mövzu ilə bağlı videomaterialı sizə rəqdim edirik: